mülki müdafiə sistemi

Mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusu

mülki müdafiə
mülki silah
OBASTAN VİKİ
Mülki müdafiə
Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki Müdafiə (1969)
== Məzmun == Kinolent düşmən basqınları vaxtı əhalini qorumaq, xalq təsərrüfatının müntəzəm işini təmin etmək və basqının nəticələrini aradan qaldırmaq məqsədi ilə sülh və müharibə dövrlərində keçirilən ümumdövlət müdafiə tədbirləri haqqındadır. == Film haqqında == Film Azərbaycan Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Abşeronun Müdafiə Sistemi
Abşeronun Müdafiə Sistemi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı 1919-cu ilin yayında Bakı ətrafında həyata keçirilmiş hərbi-istehkam tədbirləridir. Məqsəd ölkənin şimal sərhəddindəki müdafiə xəttini möhkəmləndirmək, düşmənin paytaxta daxil olmasının qarşısını almaq idi. Bunun üçün Bakı ətrafında müdafiə qurğularının yaradılması, Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu zamanı şəhər ətrafında qazılmış səngərlərin bərpası və təkmilləşdirilməsi, tikanlı məftil zolağının düzəldilməsi, Abşeronun müxtəlif məntəqələri arasında telefon rabitəsini qurulması nəzərdə tutulmuşdu.Abşeronun müdafiə sisteminin yaradılmasında Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişinə (1919) uyğun olaraq Bakıya gəlmiş gürcü hərbi istehkamçıları da iştirak edirdilər. Abşeronun müdafiə mövqeləri Badamdar-Masazır gölü- Novxanı xətti boyunca yerləşdirməklə 7 dayaq qrupundan ibarət idi: Badamdar qrupu Atəşgah qrupu Aralıq qrupu Şubanıdağ qrupu Xırdalan qrupu Göl qrupu Novxanı qrupu.Bütün bu mövqelərin müdafiə imkanlarının artırılması üçün lazımi qüvvə və vəsait də ayrılmışdı. Bütünlükdə, 64 ədəd pulemyot, 16 ədəd top nəzərdə tutulmuşdu. Bunlardan əlavə, dəniz sahilinin qorunması üçün 6 ədəd top ayrılmışdı. Denikinin hücum təhlükəsi aradan qalxdığı və 1920 ilin yazında Qarabağda erməni təcavüzü başladığı üçün Abşeronun müdafiəsinə xüsusi qüvvələr ayrılmasımümkün olmadı Şimal sərhəddi boyunca və Bakı ətrafındakı qüvvələr Qarabağda erməni qoşunları ilə mübarizəyə səfərbər olunduğundan, Aprel işğalı (1920) zamanı Abşeronun müdafiə sistemini işə salmaq və təcavüzkarlara müqavimət göstərmək mümkün olmamışdır.
Aktiv müdafiə sistemi
Aktiv müdafiə sistemi, zirehli döyüş maşınlarını hücumlardan müdafiə etmək üçün tətbiq olunan bütün sistemlərə verilən addır. İki növ aktiv müdafiə sistemi var. == Aktiv müdafiə sistemi nədir == Konseptual olaraq aktiv müdafiə sistemləri; yerüstü döyüş vasitəsi ilə fiziki təmasdan əvvəl təhlükənin aşkarlanması və dayandırılmasıdır. Bu sistemin nəzəri olaraq başlıqlı tank əleyhinə sursatlara, RPG-lərə, tankdan atılan HEAT döyüş başlıqlarına, tankdan atılan KE mərmisinə, minaatan mərmilərinə və müxtəlif ölçülü bombalara qarşı effektiv ola biləcəyi bildirilir. Lakin bu sistemin yaxın gələcəkdə digər passiv və ya reaktiv müdafiə sistemlərini tamamilə əvəz etməsinin mümkün olmadığı düşünülür. Bu sistemlə dayandırıla və ya məhv edilə bilməyən təhdidlər (kiçik çaplı döyüş sursatları, minalar, hissəcik effektli sursat və ya bombalar, yaxın partlama və zərbələrin səbəb olduğu qəlpə effekti) digər müdafiə sistemləri ilə aradan qaldırılmalıdır. Aktiv müdafiə sistemləri istifadə etdikləri müdafiə mexanizminə görə iki qrupa ayrılır: Soft-kill (yayındırma, qarışdırma məqsədləri üçün) Hard-kill (təhdid sursatını məhv etmək üçün) == Soft-kill == Soft-kill müdafiə konsepsiyası, bulud və hissəciklərlə yerüstü döyüş maşının ətrafında yayındırıcı/gizlədici pərdələr yaratmaqla və ya istilik (infraqırmızı) və lazer başlıqlı döyüş raketlərinə qarşı yayındırıcı/çaşdırıcı siqnallardan istifadə edərək (lazer/infraqırmızı qarışdırıcı) yerüstü döyüş maşınına istiqamətlənmiş təhdidin hədəfindən yayındırılması yolu ilə zərərsizləşdirilməsinə əsaslanır. Soft-kill sistemi yerüstü döyüş maşınına istiqamətlənmiş təhdidin müəyyənləşdirilməsini təmin edən lazer və elektro-optik infraqırmızı sensorlar, duman və ya hissəcik bombası (chaff/flare/decoys) buraxıcıları və atəşə nəzarət bölməsindən ibarətdir. Əlavə olaraq lazer və infraqırmızı idarə olunan raketlərin yayındırıcı/çaşdırıcı siqnallarla hədəflərindən kənarlaşdırılması prinsipi ilə işləyən lazer və ya infraqırmızı qarışdırıcılar da Soft-kill aktiv müdafiə sistemlərinə daxildir. === Tarixi === İlk dəfə olaraq Rusiya tanklarının Çeçenistandakı əməliyyatlarda Çeçen döyüşçülərinin istifadə etdiyi raketlərə qarşı təsirsiz qalması ilə dizayn edilmişdirlər.
Bakının Müdafiə Sistemi
Bakının müdafiə sistemi — 1919-cu ilin yayında Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı Bakı şəhərinin qurudan və dənizdən müdafiəsinin təşkili üçün həyata keçirilmiş hərbi tədbirlər sistemi. == Təşkili == Bakı istehkamçılar hissəsinin rəhbərliyi altında aparılırdı. Bakı ətrafında 14 müdafiə mövqeyi yaradılmışdı. Onlardan ilk yeddisi Abşeron yarımadasının müdafiə xətti boyunca qurulmuşdu. Bakının müdafiəsi üçün Biləcəri, Böyükşor — Razin dağı və Əhmədli yüksəkliyindən keçən xətt boyunca qurulmuş mövqelər Abşeron yarımadasının müdafiə mövqelərinin davamı kimi nömrələnmişdi. 8-ci dayaq qrupu Biləcəridə, 9-cu qrup Dərnəgüldə, 10-cu Keşlədə, 11-ci Güvüldağda, 12-ci Əhmədlidə, 13-cü Sultan (Zığ) burnunda, 14-cü isə Nargin adasında yerləşdirilmişdi. Bu qrupların hər biri üçün 2 piyada bölüyü, 8 ədəd pulemyot və 2 ədəd top ayrılmışdı. Dayaq qrupları üçün s əngərlər qazılmış, onların arasında əlaqələr yaradılmış, atəş mövqeləri düzəldilmiş və ətrafında tikanlı məftillərdən maneələr qurulmuşdu. Bakı ətrafının müdafiə xəttinin ümumi uzunluğu 40 verstə qədər idi. == Dənizdən müdafiə sistemi == Bakının dənizdən müdafiəsinin təşkili üçün aşağıdakı tədbirlər həyata keçirilirdi: dənizdən Bakıya girəcək marşrutlann müşahidəsi; Bakı hüdudlarının dənizdən qorunması üçün artilleriya müdafiəsinin təşkili; Bakı buxtasında dəniz polisinin yaradılması.Xəzərdəki hərbi gəmilər ingilislər tərəfindən alınaraq Denikinin tabeliyinə verildiyi üçün Bakının dənizdən müdafiəsi yuxarıdakı tədbirlərin həyata keçirilməsindən asılı idi.
Mülki müdafiə (film, 1969)
== Məzmun == Kinolent düşmən basqınları vaxtı əhalini qorumaq, xalq təsərrüfatının müntəzəm işini təmin etmək və basqının nəticələrini aradan qaldırmaq məqsədi ilə sülh və müharibə dövrlərində keçirilən ümumdövlət müdafiə tədbirləri haqqındadır. == Film haqqında == Film Azərbaycan Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Naxçıvan Mülki Müdafiə Mərkəzi
Naxçıvan Mülki Müdafiə Mərkəzi — raket-nüvə silahlarının meydana çıxması ilə əlaqədar 1961-ci ildə hava hücumundan yerli müdafiə zəminində yaradılmışdır. == Tarixi == Dövlət müstəqilliyi əldə edildikdən sonra, 1993-cü ildən başlayaraq mülki müdafiə sisteminin yaradılması sahəsində də qətiyyətli addımlar atıldı, Mülki Müdafiə (MM) haqqında bir sıra normativ sənədlər qəbul edildi. Muxtar Respublika baş nazirinin yanında Mülki Müdafiə qərargahı yaradıldı. Mülki Müdafiə sistemini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 may tarixli fərmanına əsasən, mülki müdafiə qərargahı Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikası Mülki Müdafiə Regional Şöbəsi adlandırıldı. 2003-cü ilin sonunda Mülki Müdafiə mərkəzi üçün yeni kompleks tikilmişdir. == Fəaliyyəti == Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Naxçıvan Mülki Müdafiə Mərkəzinin açılışında iştirak etmişdir (2 sentyabr, 2004). Mərkəz 3 mərtəbəli qərargah binasından, 300 yerlik əsgər binasından, avtomobil-texniki parkından, Mülki Müdafiə səfərbərlik ehtiyat anbarından, 400 nəfərlik əsgər yeməkxanasından, hamam-qazanxana binalarından və digər yardımçı bina və qurğulardan ibarətdir. Mərkəz Rusiya, Yaponiya, Cənubi Koreya və s. xarici dövlətlərin istehsalı olan müasir texniki avadanlıqla təchiz olunmuşdur.Mərkəzdə Mülki Müdafiə kursları və qəza-xilasetmə taboru fəaliyyət göstərir. Naxçvan Mülki Müdafiə Mərkəzi baş verə biləcək fövqəladə halların nəticələrini operativ surətdə aradan qaldırılması, qəza-xilasetmə işlərinin yerinə yetirilməsini təşkil edir.
Ümumdünya Mülki Müdafiə Günü
Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gün Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Akkor (aktiv müdafiə sistemi)
AKKOR, Altay tankını və digər ağır zirehli nəqliyyat vasitələrini ətraf mühitin təhlükələrindən mudauəy üçün ASELSAN tərəfindən inkişaf etdirilən aktiv müdafiə sistemidir. Modul sistemi sayəsində bütün ağır zirehli nəqliyyat vasitələrinə tətbiq olunan sistem, nəqliyyat vasitələrini raketlərdən və idarəolunan tank əleyhinə raketlərdən mühafizə edir.
Arena (aktiv müdafiə sistemi)
Arena Aktiv müdafiə sistemi (Aktiv müdafiə sistemi), Rusiyanın Kolomna şirkəti tərəfindən yaradılmış ACV sinifindəki avtomobilləri düşmənin yüngül tank əleyhinə raketlərindən, ATGM və döyüş raketləri vasitəsilə həyata keçirdikləri üst hədəf hücumlarından müdafiə etmək üçün inkişaf etdirilmiş əks müdafiə sistemidir. Vasitəyə yaxınlaşan döyüş başlığını aşkar etmək üçün səs dalğası və Doppler radarından istifadə edir. Sonra müdafiə patronlarını atır və yaxınlaşan döyüş başlığını nəqliyyat vasitəsinə çatmadan məhv edir və vasitənin zirehini düşmən atışından mühafizə edir. Sistem, vasitəni qüllənin ön tərəfindən 220–270 dərəcə bir bucaq altında gələn düşmənin döyüş başlıqlarına qarşı mühafizə edir. Sistem, avtomobildən otuzdan qırx metrə qədər uzaqda işə başlayır ki, bu da piyada birliklərinin özlərini tankın ətrafında tamamilə mühafizə edə bilmələrinə şərait yaradır. Ancaq bunu xatırlamağa dəyər. Bu sistem qəlpə hissəcikləri ilə işləyir. Sistem işə salındıqda, səs-küy yaradır, beləliklə nəqliyyat vasitəsinin ətrafındakı piyada qoşunları gizlənə bilirlər. Arena sisteminin istehsalının ən vacib səbəbi 1990-cı illərdə Çeçenistanda baş verən qarşıdurmalarda rus tank zirehlərinin tank əleyhinə silahlara qarşı təsirsiz olması idi. Bir çox rus zirehli avtomobili və BTR-i Çeçen qiyamçılarının istifadə etdiyi RPG-lər tərəfindən məhv edilmişdir.
Sarab (aktiv müdafiə sistemi)
Sarab Aktiv Müdafiə Sistemi, Suriya Elmi İşlər və Tədqiqat Mərkəzi (SSRC) tərəfindən hazırlanmış və Suriya Ordusunun T-55, T-62 və T-72 tanklarının əks görüntü istiqamətindəki düşmənin tank əleyhinə idarə olunan raketlərindən müdafiə məqsədi ilə hazırlanmış aktiv müdafiə sistemidir.Suriya kəşfiyyatı Azad Suriya Ordusundan 18 ədəd TOW almışdır; bu raketlər SSRC tərəfindən əks tədbir proqramını inkişaf etdirmək üçün istifadə edilmişdir. Yaranan soft-kill sistemi, ATGM-lərə qarşı 80% effektli olan güclü infraqırmızı tıxanma işıqlarını özündə birləşdirmişdir.Bu, Suriyadakı vətəndaş müharibəsi zamanı Suriya tankların itkilərini əhəmiyyətli dərəcədə azaltdı. Hal-hazırda Sarab (Mirage) sisteminin üç versiyası mövcuddur: Sarab-1, 2016-cı ilin əvvəlində təqdim edilmişdir. Tankın qülləsinə quraşdırılmış çoxsaylı İQ yayındırıcılarından istifadə edərək tankın ön qövsünü örtmüş və 6 saat işləyə bilirdi. Sarab-2, 2016-cı ilin sonunda xidmətə qəbul edy. Qoruyucu bir örtüyə malik idi və daha az güc sərf edirdi, yəni 10 saata qədər davamlı işləyə bilirdi. Sarab-3 2017-ci ildə təqdim edilmişdir. Əvvəlki variantlardan fərqli olaraq əlavə IR yayındırıcılarından istifadə edərək tam 360 dərəcəlik müdafiə təmin etmişdir.
Şimal sərhədinin müdafiə sistemi
Şimal sərhədinin müdafiə sistemi — şimal sərhədi boyunca Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı həyata keçirilmiş hərbi tədbirlər sistemi. == Yaranması == Bu istiqamətdə əsas işlər 1919-cu ilin ikinci yarısında görülmüşdü. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədinin möhkəmləndirilməsi sahəsində praktik işlər iki istiqamətdə aparılırdı. Bir tərəfdən, sərhəd boyunca müdafiə istehkam sistemi qurulur, digər tərəfdən də, Denikin qoşunlarının Azərbaycan sərhədini keçəcəyi təqdirdə onlara müqavimət göstərmək üçün xüsusi taktiki qrup yaradılırdı. Azərbaycanın şimal sərhədlərinin müdafiə istehkam sistemi üç xətt boyunca qurulmuşdu: 1) Xəzri mövqeləri (ön xətt), 2) Sarvan xətti (aralıq xətt), 3) Hilhil xətti (arxa xətt). Bunlardan başqa, Samur körpüsü ətrafında və Mixaylovsk limanmda istehkam işlərinin aparılması nəzərdə tutulurdu. Şimal sərhədinin qorunması ilk vaxtlar general İbrahim ağa Usubovun komandir olduğu 2-ci piyada diviziyasına həvalə edilmişdi. 1919-cu ilin yayında bu diviziyanm sərəncamında 4-cü Quba piyada alayı, 5-ci Bakı piyada alayı, Gəncə piyada alaymın yığma taboru, zirehli qatar, 2 top batareyası var idi. 5–6 min nəfərlik partizan dəstəsinin də şimal sərhədinin müdafiəsinə cəlb ediləcəyi planlaşdırılmışdı. Azərbaycan ərazisi üçün təhlükənin reallaşacağı təqdirdə qüvvələr aşağıdakı kimi bölüşdürülməli idi: 1) Zaqatala dairəsinin partizanlan Dağıstan ərazisinə yeriyərək, Axtı məntəqəsini və Samur çayı hövzəsini tutmalı və Könüllü ordunun arxasmda ona qarşı təhlükə yaratmalı idi; 2) Nuxa (Şəki) qəzasının partizanları da Dağıstan ərazisinə keçməli, düşmənə arxadan zərbə vurmaqla bərabər, onun hərəkəti istiqamətində maneçiliklər yaratmaq idi; 3) Quba partizanlarından isə, əraziləri yaxşı tanıdıqlan üçün, həm nizami süvari bölmələr yetişənə qədər kəşfiyyatın apanlmasında, cinahların qorunmasında, Ferqat kəndindən Giləziyə kimi olan ərazidən dənizin müşahidə altın saxlanılmasında, həm də Qızılburun limanın tutulmasında istifadə edilməsi nəzərdə tutulurdu.
Müdafiə
Bu məqalə hərbi əməliyyatlar haqqındadır. Digər variantlar Müdafiə (ümumi anlayış) məqaləsində verilib.[mənbə göstərin]Müdafiə — Silahlı Qüvvələrin müdafiə xarakterli hərbi əməliyyatlarını nəzərdə tutan fəaliyyəti. Rəqibin hücumunun qarşısını almaq, strateji əraziləri, mövqeləri və obyektləri əldə saxlamaq və hücuma keçmək üçün şərait yaratmaq üçün istifadə edilir. Müdafiə rəqib mövqelərin atəş zərbələrinə atəş zərbələri (nüvə muharibəsində nüvə zərbələri) ilə cavabı, quru, hava və dənizdən hücumun qarşısının alınmasını, düşmənin mövqeləri ələ keçirməsinin qarşısının alınmasını və hücuma keçən canlı qüvvə və texnikasının darmadağın edilməsini nəzərdə tutur. Müdafiə strateji, taktiki və operativ əhəmiyyətli ola bilər. Müdafiə əvvəldən hazırlanır və ya düşmən tərəfin hücumu zamanı təşkil edilir. Müdafiə əks tərəfin hücumunun qarşısının alınması ilə yanaşı hücum elementlərini də özündə birləşdirir. Bu əks cavabın verilməsi, əks hücumun həyata keçirilməsi, düşmənin mövqelərinin və bazasının dağıdılması və onun fəallığının aşağı salınması formasında ola bilər. Qədim dövrdə və orta əsrlərdə müdafiə üçün qalalardan və qəsrlərdən istifadə edilirdi. XIV—XV əsrlərdən etibarən orduların odlu silahlarla təchiz edilməsi ilə əlaqədər səhra müdafiə istehkamlarının qurulmasına başlandı.
Daşınabilən hava hücumundan müdafiə sistemi
Daşınan Zenit Raket Sistemləri (DZRK) - müasir piyadaların arsenalında mövcud olan təsirli silahdır. DZRK - daşınması və istifadəsi bir əsgər tərəfindən yerinə yetirilən zenit kompleksidir. Nisbətən kiçik ölçüsü sayəsində modern DZRK-ları asanlıqla daşımaq və gizlətmək (maskalamaq) mümkündür. Kiçik ölçüləri, yüksək məhsuldarlığı və nisbətən ucuz qiyməti onları çox populyar hala gətirib. Daşına bilən Hava Hücumundan Müdafiə sistemləri hərbi sahədə, xüsusilə də aşağı intensivlikli silahlı münaqişələrdə real bir inqilab etdi. Tank və piyada birliklərini helikopter və hücum təyyarələrinin hava hücumlarından müdafiə etmək üçün artıq bahalı və irihəcmli hava hücumundan müdafiə batareya və divizionlarını yerləşdirməyə ehtiyac qalmadı. Hava hədəfləri ilə effektiv mübarizə aparmaq üçün piyadaların təchiz edilməsi ideyası, aviasiyanın döyüş sahəsində böyük rol oynayadığı İkinci dünya müharibəsi dövründə peyda oldu. Müharibənin sonunda Üçüncü Reyx konstruktorları yaratdıqları təsirli, sadə və nisbətən ucuz “Panzerfaust” tank əleyhinə qumbaraatan konsepsiyasını düşmən təyyarələri ilə mübarizə aparmaq üçün istifadə etməyə cəhd göstərdilər. Onların araşdırmalarının nəticəsi olaraq kütləvi istehsal mərhələsinə çatmayan, idarə olunmayan zenit raketlərinə sahib “Luftfaust-B” daşınan çoxlüləli kompleks yaradıldı. Əslində bu kompleks müasir DZRK sistemlərinin sələfləri olan zenit qumbaraatanları kimi qəbul edilməlidir.
Raad (Hava hücumundan müdafiə sistemi)
Raad və ya Ra'd (farsca: رعد, “ildırım”) - 2012-ci ilin sentyabr ayında yaradılmış olan İranın hava hücumundan müdafiə sistemidir. Xarici görünüşünə görə Rusiyanın Buk M3 markalı hava hücumundan müdafiə sisteminin bir nüsxəsi və ya törəməsi olduğu sayılır. Sistem İranın müdafiə nöqteyi-nəzərindən qabiliyyətlərini artırmaq üçün və İranın digər bir hava hücumundan müdafiə sistemi olan Bavar 373 hava hücumundan müdafiə sisteminin ortağı olaraq hazırlanmışdır. Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Raad döyüş təyyarələri, qanadlı raketlər, ağıllı bombalar, helikopterlər və pilotsuz təyyarələrlə qarşılaşmaq üçün hazırlanmışdır. Sistem ayrıca ABŞ qırıcı təyyarələri üçün xüsusi olaraq hazırlanmışdır. Sistem 50 km məsafədə və 25–27 km (75.000 fut) yüksəkliklərdə hədəfləri izləyə və vura bilən “Taer” (Quş) raketləri ilə təchiz olunmuşdur, Ra'd orta mənzilli hava hücumundan müdafiə və radar sistemidir. == Tarixi == 2012-ci ilin dekabr ayında Vilayət 91 hərbi təlimləri zamanı İran Hərbi Dəniz Qüvvələri Raad Hava Hücumundan Müdafiə Sistemini uğurla sınaqdan keçirdi, lakin İran Hərbi Dəniz Qüvvələrində sınaqdan keçirilmiş Raad raketinin hazırlanmış Raad sisteminin Taer-2 raketi ilə eyni olub olmadığı məlum deyil. IRGC ilə Aviasiya və Aerokosmik Qüvvələri tərəfindən istehsal olunan hava hücumundan müdafiə sistemi ilə yer-hava tipli döyüş raketi arasında oxşarlıq ola bilər. 2014-cü ilin may ayında İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya Qüvvələri (IRGC-AF) Raad hava hücumundan müdafiə sisteminin dörd fərqli konfiqurasiyasının yaradıldığını bəyan etmişdir: Taer-2B raketləri, mərhələli serialı radarlar ilə təchiz edilmiş və iki ədəd buraxıcı qurğunu idarə edə bilən Xordad 3 TELAR; Ağ günbəz radarları olan və Taer-2A raketlərindən istifadə edən Tabas TELAR; Alam al hoda başladıcısı elektro-optik izləmə sistemləri ilə təchiz edilmişdir; və 80 km mənzilli və yeni bir təkərli buraxıcı qurğuya malik, həmçinin ayrıca bir maşında elektro-optik sistemlərdən istifadə edən Raad 2. 2014-cü ilin may ayında İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya Qüvvələri (IRGC-AF) sərgisində, Xordad 3, SAM sisteminin yeni versiyalarının yeni raketlərlə 100 və 200 km məsafələrə çatacağını elan etmişdir..
Şimal sərhədinin müdafiə sistemi (AXC)
Şimal sərhədinin müdafiə sistemi — şimal sərhədi boyunca Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı həyata keçirilmiş hərbi tədbirlər sistemi. == Yaranması == Bu istiqamətdə əsas işlər 1919-cu ilin ikinci yarısında görülmüşdü. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədinin möhkəmləndirilməsi sahəsində praktik işlər iki istiqamətdə aparılırdı. Bir tərəfdən, sərhəd boyunca müdafiə istehkam sistemi qurulur, digər tərəfdən də, Denikin qoşunlarının Azərbaycan sərhədini keçəcəyi təqdirdə onlara müqavimət göstərmək üçün xüsusi taktiki qrup yaradılırdı. Azərbaycanın şimal sərhədlərinin müdafiə istehkam sistemi üç xətt boyunca qurulmuşdu: 1) Xəzri mövqeləri (ön xətt), 2) Sarvan xətti (aralıq xətt), 3) Hilhil xətti (arxa xətt). Bunlardan başqa, Samur körpüsü ətrafında və Mixaylovsk limanmda istehkam işlərinin aparılması nəzərdə tutulurdu. Şimal sərhədinin qorunması ilk vaxtlar general İbrahim ağa Usubovun komandir olduğu 2-ci piyada diviziyasına həvalə edilmişdi. 1919-cu ilin yayında bu diviziyanm sərəncamında 4-cü Quba piyada alayı, 5-ci Bakı piyada alayı, Gəncə piyada alaymın yığma taboru, zirehli qatar, 2 top batareyası var idi. 5–6 min nəfərlik partizan dəstəsinin də şimal sərhədinin müdafiəsinə cəlb ediləcəyi planlaşdırılmışdı. Azərbaycan ərazisi üçün təhlükənin reallaşacağı təqdirdə qüvvələr aşağıdakı kimi bölüşdürülməli idi: 1) Zaqatala dairəsinin partizanlan Dağıstan ərazisinə yeriyərək, Axtı məntəqəsini və Samur çayı hövzəsini tutmalı və Könüllü ordunun arxasmda ona qarşı təhlükə yaratmalı idi; 2) Nuxa (Şəki) qəzasının partizanları da Dağıstan ərazisinə keçməli, düşmənə arxadan zərbə vurmaqla bərabər, onun hərəkəti istiqamətində maneçiliklər yaratmaq idi; 3) Quba partizanlarından isə, əraziləri yaxşı tanıdıqlan üçün, həm nizami süvari bölmələr yetişənə qədər kəşfiyyatın apanlmasında, cinahların qorunmasında, Ferqat kəndindən Giləziyə kimi olan ərazidən dənizin müşahidə altın saxlanılmasında, həm də Qızılburun limanın tutulmasında istifadə edilməsi nəzərdə tutulurdu.
Ştora-1 (aktiv müdafiə sistemi)
Ştora-1 (rus. Штора "pərdə") — tanklar üçün tank əleyhinə idarəolunan raketlərin (ATGM) lazer təyinedicisini və lazer məsafəölçəninin sistemini pozmaq üçün hazırlanmış elektro-optik aktiv müdafiə sistemi və ya dəstidir. Sistem Rusiyanın T-80 və T-90 seriyalı tanklarına və Ukraynanın T-84 tanklarına quraşdırılmışdır. Ştoranın varlığı 1980-ci ildə Adolf Tolkachev tərəfindən aşkar edilmişdir == Təsvir == Shtora-1, görüş xəttindəki yarımavtomatik komandalı (SACLOS) tank əleyhinə idarə olunan raketləri, lazer məsafə ölçənləri və hədəf təyinedicilərin iş sistemini pozan bir elektro-optik pozucudur. Shtora-1 yumşaq öldürmə (soft-kill) və ya passiv əks tədbir sistemidir. Sistem 1995-ci ildə Əbu-Dabidə təşkil edilən Beynəlxalq Müdafiə Sərgisi zamanı bir Rus əsas döyüş tankına quraşdırılmış vəziyyətdə göstərilmişdir. Sistemin ilk bilinən tətbiqi 1993-cü ildə Rusiya Ordusunda xidmətə başlayan Rus T-90 əsas döyüş tankında olmuşdur.BMP-3M piyada döyüş maşınında da mövcuddur. == Komponentləri == Shtora-1 dörd əsas komponentdən ibarətdir: Hər biri əsas silahın soluna və sağına monte edilmiş iki elektro-optik/infraqırmızı (IR) "göz qamaşdıran" interfeys stansiyası, bir infraqırmızı qarışdırıcı, modulyator və idarəetmə panelini özündə birləşdirir. Qüllənin hər iki tərəfinə yerləşdirilmiş infraqırmızı işığa qeyri-şəffaf bir aerosol tüstü pərdəsi dağıdan, qumbaralar ata bilən qabaqcıl atış bombası buraxıcıları və ya boşaldıcılar bankası. Həssas və kobud başlı lazer xəbərdarlıq sistemi.
Mülki (Abaran)
Mülki — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonununda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kəndin digər adı Mülkünkənd, Mülkümkənd olmuşdur. Toponim ərəb dilində «dövlətə aid», «qeyri-hərbi, qeyri-əsgəri» mənasında işlənən mülki sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1829-cu ildə İrandan köçürülüb yerləşdirilmişdir.
Mülki aviasiya
Mülki aviasiya, həm özəl, həm də kommersiya baxımından bütün qeyri-hərbi aviasiyaları təmsil edən iki əsas uçuş kateqoriyasından biridir. Dünyanın əksər ölkələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür və bu agentlik vasitəsilə mülki aviasiya üçün ümumi standartlar və tövsiyə olunan təcrübələrin yaradılması üçün birlikdə çalışırlar. Civil aviation includes two major categories: Planlaşdırılmış hava nəqliyyatı, müntəzəm marşrutlarda işləyən bütün sərnişin və yük uçuşları daxil olmaqla; və Ümumi təyinatlı aviasiya, özəl və ya kommersiya kimi bütün digər mülki uçuşlar da daxil olmaqlaPlanlaşdırılmış hava nəqliyyatı sərnişin sayı baxımından daha böyük əməliyyat olsa da, ümumi təyinatlı aviasiya uçuşların sayında daha böyükdür (və uçuş saatlarına görə). Bəzi ölkələr, təyyarələrin istifadəyə verildiyinə görə tənzimləmə fərqi də göstərir: Kommersial aviasiya uçuşların əksəriyyətini və ya hamısını, xüsusən də hava yollarında planlaşdırılan xidmətlər daxildir; və Özəl / biznes aviasiya hər hansı bir mükafat almadan öz məqsədləri (istirahət, işgüzar görüşlər və s.)üçün uçan pilotlar daxildir.Bütün planlaşdırılan hava nəqliyyat kommersiya, lakin ümumi aviasiya həm kommersiya və özəl ola bilər. Normalda, pilot, təyyarə və operatorun hamısı ayrıca kommersiya lisenziyası, qeydiyyatı və istismar sertifikatları vasitəsilə kommersiya əməliyyatları aparmaq səlahiyyətinə sahib olmalıdırlar. == Tarixi == İkinci dünya müharibəsindən sonra ticarət aviasiyası sürətlə böyüdü və əsasən hərbi təyyarələrdən istifadə edərək insanları və yükləri daşıdı. Bu böyümə, B-29 və Lancaster kimi ağır və həddindən artıq ağır bombardmançı təyyarələrini kommersiya təyyarələrinə çevrilməsi ilə nəticələndi. DC-3 də daha asan və uzun kommersiya uçuşları üçün düzəldi. Reaktiv təyyarə ilə ilk kommersial uçuş de Havilland Comet təyyarəsi ilə yerinə yetirilib. Texniki bir müvəffəqiyyət əldə edərkən, təyyarə, pəncərələrin forması çatlara səbəb olduğu (metal yorğunluq səbəbiylə) üçün bir çox ictimai uğursuzluqla üzləşdi.
Mülki hüquq
Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. == Mülki qanunvericiliyin prinsipləri == Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər. == Mülki hüququn əsas sahələri == Öhdəlik hüququÖhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.
Mülki tac
Mülki tac (lat. Corona civica) — Qədim Romada ikinci ən əhəmiyyətli hərbi mükafat. Bu, palıd yarpaqlarından ibarət çələng idi. Mülki tac legionerlərin həyatının qorunmasına verdiyi töhfəyə görə təqdim edilmişdir. Sulla islahatlarından sonra mülki tacla təltif olunan hər kəs senatda da yer almağa başlamışdır. Qanun həmçinin bütün ictimai toplantılarda mülki tac taxmağı məcbur qılmışdır.Oktavian Avqust Roma vətəndaşlarının həyatını xilas etməklə nəticələnən növbəti vətəndaş müharibəsinin qarşısını aldığı üçün mülki tacı ilə təltif edilmişdir. Sonradan mülki tac Roma imperatorlarının üstünlüyü və əlamətdar xüsusiyyətinə çevrilmişdir.
Mülki tarix
Mülki tarix — Dünyada qəbul edilən əsas tarixdir. Yəni tarixi hadisələrə heç bir münasibət bildirilmir, tarix olduğu kimi yazılır.
Mülki bənd
Mülki bənd (alm. Zivilklausel‎) və ya vətəndaş bəndi — akademik qurumlar tərəfindən müstəsna olaraq mülki (yəni qeyri-hərbi) tədqiqatlarla məşğul olmaq üçün könüllü öhdəlik. İdeya Yaponiyada yaranmışdır. 1950-ci ildə Yaponiya Elm Şurası üzvlərinin hərbi ilə bağlı tədqiqat layihələrində iştirakdan imtina edəcəyini müəyyən etmişdir. Belə bir bəyannamə 1967-ci ildə və 2017-ci ildə təkrarlanmışdır.Almaniyada Bremen Universiteti ilk olaraq mülki bəndi qüvvəyə mindirmişdir. Onun 1986-cı il tarixli 5113 saylı qətnaməsində deyilir: Bu bəyannamə 1992-ci ildə və 2020-ci ildə yenilənmişdir.
Kollektiv müdafiə
Kollektiv müdafiə və ya Hərbi blok - dövlətlərin siyasi, hərbi, iqtisadi və digər hərəkətlərinin inteqrasiyasını təmin edən, ümumi məqsədə çatmağa yönəlmiş hərbi-siyasi ittifaq formasıdır. Ümumiyyətlə sülh dövründə təşkil olunur. Daha yüksək səviyyədə təşkil olunmuş idarəedici və işçi orqanlara, müştərək silahlı qüvvələrə və idarəetmə sisteminə malik olurlar.
Müdafiə Partiyası
Müdafiə Partiyası — Azərbaycanın siyasi partiyalarından biri. == Tarixi == 1907-ci ilin mayında Tiflisdə yaradılmışdı. Partiyaya korpus topoqrafı podpolkovnik İbrahim Vəkilov rəhbərlik edirdi. Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsas etibarilə, Qazax qəzasının və Tiflis quberniyasının bir sıra qəzalarını əhatə edirdi. Partiyanın yaradılmasında Ağabəy Qiyasbəyov, Hacı Kərim Sanılı, A.Xəlilbəyov fəal iştirak etmişdilər. Müdafiə proqram sənədi kimi, Difai Partiyasının proqramını qəbul etmişdi. Partiyanın buraxdığı intibahnamələrdə bildirilirdi ki, o, "müsəlmanların bütün ictimai işlərinə qarışacaq, onların arasında birlik yaradacaq, maarif və mədəniyyət işlərinə qayğı göstərəcəkdir". Partiya öz tərəfdarlarını millətin azadlığı və ədalət uğrunda mübarizəyə çağırırdı. Partiyanın əsas diqqəti daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar çarizmin Azərbaycanın qərb qəzalarında yerləşdirdiyi kazak hissələrinin boykot edilməsinə yönəlmişdi. Müdafiə 1907-ci ildə Qazaxda yerləşdirilmiş hərbi hissələrə kömək göstərən əhaliyə xəbərdarlıq edərək, kazakların 1906-cı ildə azərbaycanlıların başına gətirdiyi müsibətləri onlara xatırladırdı.
колесо́м ла́понька неконкурентоспосо́бный полупудо́вый сжать шестидесяти... жела́ющая зашелуди́веть зашнурова́ться купи́ться озно́бить отомща́ться распатро́нить руководи́ться серьга́ air-heater bestir Commonwealth of Independent States disestablish Pre-Cambrian rake together zootomic копал необъективный нуждаться